Şahdağ Milli Parkında yanğın başlayıb

99 Baxış

Qəbələdə milli parkda yanğın baş verib.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, yanğın rayonun Tıkanlı kəndində, Şahdağ Milli Parkının ərazisində qeydə alınıb.

Hazırda yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyi və meşə təsərrüfatı işçiləri cəlb olunub.

Yanğın davam edir.