Ali məktəblərə qəbulda dövlət sifarişli yerlərin sayı artıb

13 Baxış

“Ali məktəblərə qəbulda dövlət sifarişli yerlər ötən illə müqayisədə 746 yer artıb”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə əlaqədar mətbuat konfransında deyib.

Onun sözlərinə görə, artım daha çox I qrup ixtisaslarında olub. DİM sədri bildirib ki, bu qrup üzrə rəqəm 673 təşkil edir.