Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Növbədə Qazaxın 7 kəndinin və Kərkinin azad edilməsidir – Prosesə start verilib

81 Baxış

Bir həftədən sonra Laçın, Zabux və Susda olan ermənilərin köçməsi üçün verilən vaxt bitir. Artıq köç prosesi başlayıb… Amma hələ də bəzi ermənilər möcüzə gözləyir. Azərbaycan qanunlarını qəbul edib, onun şərtlərinə uyğun şəkildə yaşmaq istəməyəndən başqa heç bir kimsənin möcüzə gözləməsi qeyri-mümkündür. Onları gözləyən möcüzə sürprizi ancaq Azərbaycan ordusunun “dəmir qapazı” ola bilər.

Azərbaycan Laçını ermənilərdən təmizləyib sərhədlərdə mövqeləri möhkəmlətdikdən sonra növbəti mərhələ başlayır.

Növbəti mərhələ Zəngəzur dəhlizi, Qazaxın işğal altında olan 7 kəndinin və Naxçvanın Kərki kəndinin ermənilərdən azad edilib, Azərbaycan təhvil verilməsidir. Artıq bu istiqamətdə proseslərə start verilib və müəyyən hazırlıq işləri getməkdədir. Məsələ son günlərdə hər iki tərəfdə ciddi müzakirə predmetinə çevrilməkdədir.
Laçın, Zabux və Susdan ermənilərin köçürülməsi ilə bağlı məsələ reallaşanda İrəvanda fəaliyyət göstərən “Voskanapat” analitik mərkəzinin rəhbəri, politoloq Qrant Melik-Şahnazaryan öz Facebook səhifəsindəki paylaşımında bildirdi ki, biz təkcə bu yaşayış məntəqləri ilə deyil, həm də Tavuş bölgəsindəki kəndlərlə (Qazaxın işğal altında olan Sofulu, Barxudarlı, Boğanıs Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara, Xeyrimli kəndləri- red) və Naxçıvana məxsus Tiqranaşenlə (Kərki kəndi-red) vidalaşırıq. Erməni politoloq bildirib ki, ermənilər Laçın, Zabux bu gün təslim edilimir. “Onlar 10 noyabr 2020-ci il Ermənistanın kapitulyasiya aktı ilə təhvil verilib.
Biz Laçınla vidalaşarkən gündəmdə digər yaşayış məntəqələri məsələsi müzakirə olunur”, – o qeyd edib.

Ermənistan Respublika Partiyasının sədr müavini, sabiq nazir Armen Aşotyan mətbuata verdiyi açıqlamada isə deyib ki, ruslar Ermənistan-Azərbaycanın sərhədinin Tavuş bölgəsindəki anklavlar olan ərazisində postlar qurur. “Artıq hamı danışır ki, anklavlarda olan kəndlər Azərbaycana təhvil veriləcək və bu postların qurulması da bununla bağlıdır”- o qeyd edib.
Azərbaycan tərəfi də dəfələrlə bəyan edib ki, bir qarşı torpaq işğal altında qalmayacaq və azad olunacaq. Cənab Prezident İlham Əliyev AzTv-yə sonuncu müsahibəsində də Laçın məsələsi ilə bağlı mövqeyini açıqlayarkən əlavə etdi ki, “digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq”. Prezidentin, “Bizim gündəliyimizdə həm taktiki, həm strateji addımlarımızın təsbit edilməsi reallıqdır. Əminəm, Ermənistan da bilir ki, biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik” fikrini səsləndirməsini elə Qazaxın 7 kəndinin və Kərkinin də yaxın gələcəkdə azad edilməsinə işarədir.

Prezidentin Basqaldan “Dəmir yumur”, Zəngəzurun da Azərbaycanın tərkibində verilən xəritəsini əks etdirən plaketini paylaşması ciddi mesaj idi. Bu Azərbaycanın qarşısında duran daha ciddi hədəflərdən və həmim hədəflərə nail olmaq istiqamətində gedən proseslərdən xəbər verir. Prezident İlham Əliyevin davamlı olaraq Zəngəzur məsələsini qaldırması və “biz də ərazi iddiası ilə çıxış edə bilərik” bəyanatının arxasında ciddi məqamlar dayanır.
O baxımdan Qazaxın 7 kəndinin və Kərkinin də azad edilməsi də yaxın gələcəkdə aktiv şəkildə gündəmə gəlməsi istisna deyil.

Bu məsələnin Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demorkasiyası prosesi nəticəsində həllini tapacaq. Bu barədə razılaşmalar mövcuddur və İrəvan bu öhdəliyi icra etməyə məcburdur. Hansı ki, bunu avqustun 16-də Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri general-mayor Elçin İbrahimov keçirdiyi mətbuat konfransında birmənalı şəkildə deyib ki, Qazaxın 7 kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur və DSX delimitasiya üzrə müvafiq komissiyada fəaliyyət göstərir.

Onu da qeyd edək ki, 2020-ci il 10 noyabr Üçtərəfli Bəyanatının imzalananda Qazaxın 7 və Sədərək rayonunun Kərki kəndinin adı aydın şəkildə əksini tapmışdı. Kapitulyasiya sənədində maddə 2-də deyilridi: “Ermənistan tərəfin Azərbaycanın Qazax rayonu istiqamətdə nəzarətdə saxladığı ərazilər 20 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına qaytarılır’’.
Düzdür, sonradan müəyyən səbəblərdən bu bəndlər çıxarıldı. Təbii ki, İrəvan təkidli xahişindən sonra bu bənd çıxarıldı. Bəndlər bəyanatdan çıxarılsa da, həmin kəndlərin Azərbaycana təhvil verilməsi ilə bağlı İrəvan üzərinə yazılı öhdəlik götürüb. İrəvan bunun sülh prosesi və sərhədlərin delimitasiya, demorkasiyasi prosesi çərçivəsində həyata keçirməsinə razılıq verib. Amma bu proses uzanır. İrəvan bu öhdəliyi yerinə yetirməyə tələsmir. İrəvan onu da unudur ki, Laçında olduğu kimi yenə cığallıq etməyə başlarsa , o zaman həmin razılaşma ilə bağlı sənədlər ortaya çıxa bilər. Təxribatlara əl atarlarsa, o zaman “dəmir qapaz” da işə düşə bilər. Bunu unutmamalıdır. Prezidentin bəyan etdiyi kimi “biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar”, yoxsa lazımi dərslərini alacaqlar. Bu gələcəkdə də belə olacaq. Unutqanlıq onlara baha başa gələcək, cavab sərt olacaq. Çünki Ermənistan məğlub tərəfdir və üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən başqa variantı yoxdur. Bunu məcburən yerinə yetirməlidir. Bunu beynəlxalq hüquq da tələb edir. Ermənistanın işğal etdiyi bütün ərazilərdən çıxması 10 noyabr 2020-ci il kapitulyasiya aktında aydın şəkildə təsbit olunub. Azərbaycan istənilən formada istəyinə nail olacaq. Təbii ki, bütün bunlar danışıqlar, sülh yolu ilə olsa daha yaxşı olar.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678