Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan dünyanın ən güclü orduları sırasında

125 Baxış

ABŞ-da yerləşən beynəlxalq hərbi güc məlumatlarını toplayan “Global Firepower” nəşri 2022-ci il üçün dünyanın ən yüksək hərbi gücə malik ölkələrin siyahısını müəyyən edib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, mətbu orqanının müəyyən etdiyi reytinq cədvəlində dünyanın 142 ölkəsi yer ala bilib.

Ölkələrin hərbi gücünün reytinqi müəyyən edilərkən, həmin ölkələrinin hərbi gücü, maliyyə imkanlarından tutmuş maddi-texniki imkanlara, coğrafiyaya qədər müxtəlif kateqoriyalar nəzərə alınır. Reytinq müəyyənləşdirərkən PowerIndex (‘PwrIndx’) xalını müəyyən etmək üçün 50-dən çox fərdi amildən istifadə edilir.
2022-ci il üçün Azərbaycan “Global Firepower” də 142 ölkə arasında 63-cü yerdə qərarlaşıb. Azərbaycan 1.0251 PwrIndx* reytinq balını alıb (0.0000 xal “mükəmməl” hesab olunur). Bu qeyd sonuncu dəfə 04/09/2022 tarixində yenilənib. Azərbaycan son bir neçə ildə reytinq cədvəlində öz sabit mövqeyini qoruyub saxlaya bilib.

Reytinq cədvəlində ilk beşlikdə;-ABŞ, Rusiya, Çin, Hindistan, Yaponiya yer alıb. Qardaş Türkiyə reytinq cədvəlində 13-cü, dost Pakistan 9-cu, qonşu İran 14-cü, Gürcüstan 88-ci, Ermənistan isə 98-ci yerdə qərarlaşıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678