Marşrutların hərəkət sxemi “Google Maps”ə yenidən qaytarıldı

15 Baxış

Bakı şəhərində müntəzəm marşrut xətləri barədə məlumatları Google Maps” platformasından əldə etmək mümkündür.

Turanmedia.az xəbər verir ki, bu barədə “Ölkə.az”a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Xatırladaq ki, qurum sərnişinlərin marşrut xətləri ilə bağlı zəruri məlumatlarla təmin edilməsi, eləcə də məlumatlandırma imkanlarının daha da genişləndirilməsi məqsədilə ötən dövrdə “Alo141” çoxfunksiyalı internet portalını istifadəyə verib. Burada istifadəçilərə səyahəti əvvəlcədən planlaşdırmağa imkan verən müntəzəm marşrut xətləri barədə məlumatlar təqdim edilir.

Artıq bu məlumatları “Google Maps” platformasından da əldə etmək mümkündür. Agentliyin Vahid Dispetçer Xidməti paytaxt ərazisində mövcud marşrut şəbəkəsi, avtobusların hərəkət sxemi, dayanacaq məntəqələri, başlanğıc və son məntəqələri barədə zəruri məlumatları emal edərək “Google Maps”in nəqliyyat komandasına təqdim edib. Əgər əvvəllər “Google Maps” bu məlumatları həvəskar qruplardan əldə edirdisə, hazırda proses peşəkar səviyyədə icra edilir. Xəritə üzrə məlumatlar marşrut xətlərində ediləcək dəyişikliklərə uyğun olaraq mütəmadi olaraq yenilənəcək.

Məlumatlandırmanın əhəmiyyətini nəzərə alaraq sərnişinlərimizə daha keyfiyyətli müasir səviyyədə xidmət təqdim etmək üçün əlavə təkmilləşdirmə işləri görülür.