Nazənin Lotu Qulinin qızının fotosunu paylaşdı

12 Baxış

Müğənni Nazənin mərhum qanuni oğru “Lotu Quli” ləqəbli Nadir Səlifovun qızının və ailə üzvlərinin fotosunu paylaşıb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, ifaçı paylaşımına yazıb:

“Allah Quli qardaşa rəhmət eləsin. Yeri cənnətməkan olsun. Allah ailəsinə səbr versin. Quli qardaş ölməyib, o, ürəklərdə yaşayır. Bəzən həyatda elə günlər, elə anlar olur ki, bir araya toplaşıb, həm deyib gülürük, həm də kədərlənirik. O günlərdən biri”.

Qeyd edək ki, Lotu Quli 2020-ci il avqustun 20-də Türkiyənin Antalya şəhərində hotellərin birində güllələnib. Onu yaxın adamı Xan Əhmədlinski (Xəqan Zeynalov) qətlə yetirib. Lotu Qulinin bir oğlu, bir qızı var.