“Bu müəllimlərin şagirdlərin qarşısına çıxması günahdır” – Emin Əmrullayev

15 Baxış

“Bu gün Azərbaycan təhsil sistemində “ibtidai” sözünü “iptidai” və ya “ibtidayi” yazan adamlar var. Bu şəxslərin şagirdlərin qarşısına çıxması günahdır”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Belə müəllimlərin sayı çox deyil, amma var”, – o söyləyib.

Nazir müəllimlərin diaqnostika imtahanından keçirilməsinin onların əlavə yüklənməsi kimi qiymətləndirilməsinə münasibət bildirib:

“Müəllim hər 5 ildən bir 2 saatlıq imtahanda öz səriştəliliyini göstərirsə, biz ondan qeyri-adi bir şey istəmirik. Biz 5 ildən bir 2 saatlıq imtahan verən müəllimin maaşına da 5 il ərzində 10 faiz əlavə edirik”.