Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezidentin köməkçisi: “Zabux və Susa faktaraşdırıcı missiyalar həyata keçiriləcək”

85 Baxış

“Laçında – Zabux və Sus kəndlərində təhlükəsizlik tədbirləri, minaların təmizlənməsi həyata keçiriləndən sonra müvafiq faktaraşdırıcı missiyalar, sənədləşdirmə missiyaları həyata keçiriləcək”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözləinə görə, lazımi hüquqi ekspertiza və qiymətləndirmədən sonra növbəti addımlar da düşünüləcək və nəzərdən keçiriləcək.

H.Hacıyev bildirib ki, işğal dövründə Ermənistan tərəfindən Zabux və Susda geniş miqyaslı qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirilib: “Düzdür, onların arzuladıqları formada geniş miqyasda məskunlaşma həyata keçirilmədi. Çünki bu ərazilərə baxanda görürük ki, hətta keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudları çərçivəsində belə hansı şəraitdə yaşayırmışlar. Bu da xaricdən hər hansı erməninin gətirilib yaşaması üçün cəlbedici ola bilməzdi. Amma müəyyən süni proqramlar həyata keçiriblər. Xüsusilə də bunu Laçında – Zabux və Sus kəndlərində müşayiət etdik. Ümumiyyətlə, işğal dövründə işğalçı ölkənin həmin ərazinin etnik-dini tərkibini dəyişdirməsi, mədəniyyət abidələrini məhv etməsi, arxitektura üslubunu dəyişdirməsi müharibə, hərbi cinayətlər kimi tövsif olunan hallardır. Ermənistan tərəfindən həyata keçirilən bu addımlar, xüsusilə Zabux və Sus kəndinə regionla hər hansı əlaqəsi olmayan, Yaxın Şərqdən olan insanların köçürülməsi belə hallardandır. Bununla bağlı da dövlət başçısı tərəfindən müvafiq tapşırıqlar verilib”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678