Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hikmət Hacıyev Şuşada keçirilən beynəlxalq konfransın məqsədini açıqladı

84 Baxış

“Bu gün Şuşa nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın diplomatik mərkəzlərindən, paytaxtlarından birinə çevrilməkdədir. Konfransın da əsas mahiyyəti diplomatik korpusun nümayəndələrini Azərbaycan tərəfindən həyata keçirilən yenidənqurma və rekonstruksiya layihələri barədə yerində məlumatlandırmaqdır”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu səfərdə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri – səfirlər, səfirlik əməkdaşları, hərbi attaşelər, o cümlədən beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş nümayəndələri, həmçinin Azərbaycanda qeyri-rezident əsasda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edir: “Bura xüsusən Ankara, Tehran və Moskva şəhərlərindən gəlmiş səfirlər, diplomatik nümayəndələr daxildir. Diplomatik korpusun bütövlükdə 180-ə yaxın nümayəndəsi bu tədbirdə iştirak edir. Diplomatik korpus nümayəndələri mütəmadi olaraq Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə görülən işlər haqda məlumat almaqda çox maraqlıdırlar. Ona görə də, bu konfransda ilk növbədə Azərbaycan tərəfindən regionda sülhün gücləndirilməsi və ölkəmizin həyata keçirdiyi sülh gündəliyi barədə diplomatik korpus nümayəndələrinə məlumat vermək əsas hədəflərimizdən biri idi. Prezidentin Basqalda Azərbaycan mediasına verdiyi müsahibə əsasında ölkəmizin regional sülh gündəliyinin təfərrüatı barədə geniş məlumatlar çatdırıldı, vacib məqamlara və tezislərə toxunuldu. Bu xüsusda dövlət başçısının qoyduğu xüsusi tapşırıq və tezislərdən irəli gələrək diplomatik korpus məlumatlandırıldı”.

H.Hacıyev bildirib ki, Azərbaycan regionda hərtərəfli sülhün tərəfdarıdır və bu xüsusda Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara hazırdır: “Azərbaycan tərəfindən irəli sürülmüş təkliflər də bilavasitə buna dəlalət edir. Azərbaycan dünya miqyasında postmünaqişə reallıqları çərçivəsində çox nadir və miqyası görünməyən yenidənqurma layihəsi həyata keçirir. Bu işlər məhz Azərbaycan hökumətinin öz səyləri, öz resursları, özünün bürokratik idarəetmə mexanizmi çərçivəsində reallaşdırılır. Beynəlxalq ictimaiyyət və diplomatik korpus tərəfindən də bu məsələyə ciddi maraq var. Çünki Azərbaycanın bu təcrübəsi dünyanın başqa regionlarında da tətbiq oluna bilər”.“Report”


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678