Müzakirələrə səbəb olan foto Bakıda çəkilib?

9 Baxış

Bakı Dövlət Sirkində çəkildiyi deyilən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, səhnədə rəqs edilən qadınların fotosunun üzərində məkan kimi Bakı Dövlət Sirki qeyd edilib.

Bəzi istifadəçilər insanların azyaşlı uşaqları sirkə apardıqlarını deyərək, rəqqasların açıq-saçıq geyinməsinin doğru olmadığını yazıb.

Ölkə.Az-ın rəsmi mənbədən əldə etdiyi məlumata görə, foto Bakı Dövlət Sirkində çəkilməyib.

Bildirilib ki, yaxın müddətdə Bakı Dövlət Sirkində bu cür tədbir keçirilməyib.