Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Goranboyda yol qəzasında həlak olan hərbçiyə şəhid statusu veriləcək

81 Baxış

Azərbaycan Ordusunun Goranboy rayonunda yol qəzasında həlak olan hərbi qulluqçusu Ərəblinski Vahid Maarif oğluna şəhid statusu veriləcək.

Turanmedia.az report-a istinadən xəbər verir ki, qanunvericiliyə əsasən, V.Ərəblinski şəhid statusu alacaq.

Qeyd edək ki, avqustun 26-sı saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

O, Zaqatala rayonu Aşağı Tala kəndində dəfn edilib.

Faktla bağlı Gəncə Hərbi Prokurorluğunda araşdırma aparılır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678