Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Suriyada əməliyyatın tarixinə Türkiyə qərar verəcək”

98 Baxış

“Suriyada nə vaxt əməliyyat keçiriləcəyinə Türkiyə qərar verəcək”.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Norveçin aparıcı qəzetlərindən olan “Aftenposten”in suallarını cavablandırarkən deyib.

F.Altun bildirib ki, PKK-YPG terror təşkilatı həm türk əsgərlərinə, həm də Türkiyənin himayəsində olan suriyalı mülki əhalinin yaşadığı ərazilərə hücumlar təşkil edib. Türkiyə üçün prioritet məsələnin vətəndaşlarının təhlükəsizliyi olduğunu söyləyən Altun bunun bir parçası olaraq regional sülh və sabitliyin vacibliyini vurğulayıb və əlavə edib ki, əməliyyatın nə vaxt başlayacağına Türkiyə qərar verəcək.

“Türkiyə hərbi əməliyyata Rusiya hakimiyyətinin razılığı və ya dəstəyi olmadan başlaya bilərmi?” sualına cavabında isə Altun Türkiyə-Rusiya münasibətlərinin köklü bir tarixə malik olduğunu, eyni zamanda son dərəcə real olduğunu qeyd edib. O bildirib ki, bir çox sahədə yaxşı münasibətlər olsa da, iki suveren dövlətin hər bir məsələdə tam razılığa gəlməməsi normaldır: “Suriya məsələsində də böhranın mahiyyəti və mümkün çıxış yolu ilə bağlı fərqli yanaşmalar ola bilər. Bununla belə, biz hesab edirik ki, terrorizmlə mübarizə regionda sülh və sabitlik istəyən bütün dövlətlərin ortaq məxrəcidir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə artıq öz maraqlarını ön planda tutan dövlətə çevrilib. Son illərdə hamı bunun şahidi olub. Təbii ki, müvafiq dövlətlər arasında müəyyən fikir mübadiləsi aparılır. Ancaq günün sonunda Türkiyənin atacağı heç bir addım heç kimin icazəsi və ya razılığına tabe deyil”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678