Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda kilsədə Azərbaycan dilində dua oxundu

102 Baxış

Bakıda yerləşən Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında ilk dəfə olaraq Azərbaycan dilində dua oxunub.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, videonu Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi arximandrit Aleksey öz “Facebook” səhifəsində paylaşıb.

Keşişin duanı oxuyarkən Azərbaycan dilinə müraciət etməsi maraqla qarşılanıb.

Qeyd edək ki, kilsə 1909-cu ildə memar Verjbitskinin layihəsi əsasında məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilib.

1920-ci ildə sovet hakimiyyəti dövründə kilsə ilk bağlanan ibadət yerlərindən biri olub, onun baş keşişi isə güllələnib. Məbəd kommunist rejimi vaxtı anbar kimi fəaliyyət göstərib.

1991-ci ildə Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı Rus Pravoslav Kilsəsinin sərəncamına verilib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678