Hamiləlik dövründə zülal itkisinin qarşısı alınmasa, hansı problemlər yarana bilər?

96 Baxış

“Hamiləlik dövründə sidikdə zülalın miqdarı fizioloji olaraq normadan 2 dəfə daha yüksək olu”r.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uroloq Rauf Nağıyev deyib. O bildirib ki, proteinuriya səviyyəsi bundan daha yüksək olduğu hallarda həm ananın, həm də ana bətnindəki uşağın sağlamlığına ciddi təhlükə hesab edilir və vaxtında müalicə olunmazsa müxtəlif fəsadların yaranmasına səbəb olur:

“Anada arterial təziqin yüksəlməsinə səbəb olaraq, preeklapsiya və eklapsiya vəziyyətlərinə gətirib çıxara bilər. Preeklapsiya olan zaman böyrəklərdə, qaraciyərdə və baş beyində funsional dəyişikliklər müşahidə edilir. Bu isə fetoplasentar çatmamazlığına gətirib çıxarda bilər. Eklapsiya zamanı isə qıc olmalar, qaraciyər-böyrək çatmamazlığı, ağ ciyərlərin ödəmi və beyin qansızmaları müşahidə edilir.

Ana bətnində olan uşaqda isə böyrək zədələnməsi, qaraciyər fermentlərinin yüksəlməsi, fiziki və zehni inkişaf geriliyi, az çəki ilə doğulma və s. müşahidə olunur, çox ağır formalarda isə beyin qanaxmalarına səbəb ola bilər. Bunları nəzərə alaraq, hamilələrdə hətta heç bir şikayətləri olmadığı hallarda 3-cü aydan sonra ayda bir dəfə sidiyin ümumi analizinin və sidikdə zülalın səviyyəsinin təyin olunması tövsiyə edilir”.