Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu şəxslərə mənzil veriləcək – Ərazilər açıqlandı

99 Baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıq tender elan edib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, tender Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Göygöl, Salyan, Lənkəran rayonlarında və Mingəçevir, Sirvan şəhərlərində 1, 2 və 3 otaqlı olmaqla ümumilikdə 206 ədəd mənzillərin satın alınması ilə əlaqədar elan olunub.

İddiaçılar tender təklifi və tender təklifinin təminatını möhürlənmiş ikiqat zərfdə 13 oktyabr 2022-ci il saat 15:00-dək Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85 ünvanına təqdim etməlidirlər.

İddiaçıların təklifləri 14 oktyabr 2022-ci il saat 15:00-da Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85 ünvanında açılacaq.

Tenderdə iştirak haqqı nəzərdə tutulmayıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678