Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ŞAİRLƏR HƏMİŞƏ YALNIZ BİR DİVANƏDİR

152 Baxış

Sevinc, şadlıq onlardan uzaqdır,
Onlarınkı həmişə bir qaşqabaqdır,
Qəm-kədər daima onlarda qabaqdır,
Çün, onlar dərdlər ilə hər zaman həmxanədir!
Şairlər həmişə yalnız bir divanədir!

Qorxudan rəngini bu qədər saraltma,
Bu dövrdə əsil sevgi axtarma,
“Leyli və Məcnun”-u bu qədər qabartma,
Bilmirsənmi, o, gerçək deyil, kağızda bir əfsanədir?!
Şairlər həmişə yalnız bir divanədir!

Gül də insan kimidir, vardır onun heysiyyəti,
Vermə suyu, incit onu, bax, necə artar nifrəti,
Yeri pis olsa əgər, vardır onun şikayəti,
Təbii ki, insana yox, darısqal bir güldanədir!
Şairlər həmişə yalnız bir divanədir!

Çoxunun vardır pulu, pul hesabına çoxdur qulu,
Var-dövlətin varsa əgər, quru səhra olar sulu,
İndiki zəmanədə çoxdur arvadların dulu,
Arvad özü də yaman şeydir, istiqaməti şeytanədir!
Şairlər həmişə yalnız bir divanədir!

Həmişə yoxsul olur, kasıb olur şairlər,
Bunları sübut edir o cür gözəl şeirlər,
“Şairlərin evi olmur” deyirlər,
Əlbəttə ki, onların evi yalnız qara qəmxanədir!
Şairlər həmişə yalnız bir divanədir!

Bu gün axşamdırsa, sabah da sabahdır,
Allahdan qeyrisinə tapmaq günahdır,
Şairin dostu yalnız Uca Allahdır,
Çün bilir ki, son yeri Cənnəti-məkanədir!
Şairlər həmişə yalnız bir divanədir!

Sirri verib, sonra qorxudan qaçma,
Düşmən üzünə günəştək işığını saçma,
Ərtoğrul, şairtək özünə dərd açma,
Sonra, deyərlər ki: “Bu da bir divanədir!”
Çün, şairlər həmişə yalnız bir divanədir!


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678