“Türklərin burada olmağı təsadüfi deyil” – Türkiyəli turistlərlə ermənilər arasında İNSİDENT

13 Baxış

Türkiyə bayrağı yenə erməniləri qorxuya salıb.

Turanmedia.az-ın məlumatına görə, konkret.az erməni mediasına istinadla xəbər verir ki, Ermənistanın Vedi şəhərinin sakinləri qorxu içində türk nömrələri və türk bayrağı olan avtomobilin görüntülərini şəbəkədə paylaşıblar.Avqustun 31-də saat 23:00-da Ararat polis şöbəsinə Vedi şəhərində avtomobildə iki “şübhəli əcnəbi” vətəndaşın göründüyü barədə siqnal daxil olub. Avtomobildəki əcnəbilər evli cütlük olan Türkiyə vətəndaşlarıdır. Turistlər yollarını azaraq Vediyə gəldiklərini iddia etsələr də, yerli sakinlər onlara inanmır.

Ermənilər türk çütlüyün təsadüfən Vediyə düşdüyünə inanmır və onların agent ola biləcəyini də istisna etmirlər.

“Onlar pasportlarını göstərdilər, dedilər ki, bütün dünyanı gəzirlər, Ermənistanı gəzməyə gəliblər, guya azıblar və Vediyə gəliblər. Amma bu təsadüf ola bilməz, ola bilsin ki, onlar agent şəbəkəsinin nümayəndələridir. Deyirlər ki, İrəvanda türklər çoxdur, niyə orada döyülmürlər, amma Vedidə döyülürlər?”. – deyə Vedi sakinlərindən biri bildirib.

Onun sözlərinə görə, polis türkiyəli cütlüyü dindirib və onlar Vedini tərk ediblər.

Lakin bu gün aldığımız məlumata görə, Ermənistan polisindən verilən məlumata görə, polisin əməliyyat qrupu “hadisə” yerinə gedib, onları şöbəyə aparıb, sənədlər ibtidai istintaq orqanına təhvil verilib.

Ermənistanın İstintaq Komitəsi bu gün təsdiqləyib ki, xarici vətəndaşlar, milliyyətcə türklər haqqında materiallar hazırlanır.

Qeyd edək ki, ötən gün internetdə Vedidəki baş verən hadisə ilə bağlı video yayılıb.

Həmçinin Ermənistan telekanalları bu avtomobilin sərnişinlərinin özlərini guya “ədəbsiz apardıqlarını, yerli ermənilərlə dava saldıqlarını” bildiriblər.

Erməni mediası bunun Türkiyə xüsusi xidmət orqanlarının guya “sərhəddə gərginlik yaratmaq məqsədi ilə məqsədyönlü təxribat olduğunu” ehtimal edir.