Üçdik yüksəkliyindən görüntülər – Video

14 Baxış

Laçın rayonunda Azərbaycan Ordusunun bölmələri tərəfindən aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən strateji əhəmiyyətli Üçdik yüksəkliyində döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilib.

Turanmedia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, burada şəxsi heyətin gecə və gündüz nümunəvi xidmət etməsi, döyüş qabiliyyətinin və döyüşə hazırolma vəziyyətinin daim yüksək səviyyədə saxlanılması məqsədilə bütün zəruri tapşırıqlar icra olunur.

Azad olunmuş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili istiqamətində həyata keçirilən kompleks tədbirlər davam edir.