Laçındakı şəxslər “Berdzor” lövhəsini sındırmağa görə həbs edilib?

17 Baxış

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə bir nəfərin Laçının girişindəki ermənicə “Berdzor” yazılan lövhəni sındırdığını əks etdirən video yayılmışdı. Sosial şəbəkələrdə yayılan iddialara görə, lövhəni sındıran və videonu çəkən şəxslər – Elnur İsayev və Cavid Quliyev 10 sutka inzibati həbs cəzası alıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə sorğu ünvanladıq.

Turanmedia.az xəbər verir ki, Xidmətin şöbə rəisi Elşad Hacıyev “Qafqazinfo”nya bildirdi ki, sözügedən şəxslərin Laçında rayonu ərazisində lövhəni sındırması ilə bağlı həbs edilməsi iddiaları əsassızdır: “Elnur İsayev və Cavid Quliyev işğaldan azad olunan əraziyə qeyri-qanunu daxil olması və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmadığı üçün barələrində məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

Həmin ərazidə də “surpriz” partlayıcı və mina təhlükəsi var. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, hər bir vətəndaşın təhlükəsizliyi diqqət mərkəzində saxlanılmaqala, cəzalandırmanın məqsədi profilaktik əhəmiyyət daşıyır”.