Armen Qriqoryan Azərbaycandan üzr istədi

15 Baxış

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycandan üzr istəyib.

Turanmedia.az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə erməni saytı “168.am” məlumat dərc edib.

Məlumatda bildirilir ki, dünən Qarabağdakı qondarma qurumun saxta bayramı münasibətilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qarabağa gedib və oradan fotolar dərc edib.

“Sentyabrın 2-də mən Xankəndidə “qardaşlıq memorial-panteonunu” ziyarət etdim və müharibə zamanı həlak olmuş “qəhrəmanların” abidəsinin postamenti önünə gül dəstələri qoydum”, – Qriqoryan Feysbukda foto paylaşaraq yazıb.

Gözlənildiyi kimi, Azərbaycan Xarici İşlər Nazirliyi bu səfərə dərhal reaksiya verib, onu kəskin şəkildə pisləyib.

Saytın məlumatına görə, Armen Qriqoryan Azərbaycanın onun səfərinə reaksiyasından o qədər şoka düşüb ki, o, qapalı kanallar vasitəsilə Qarabağa səfərinə görə Azərbaycan tərəfindən üzr istəməyə tələsib.

Armen Qriqoryan izah edib ki, Qarabağ sakinidir və Qarabağa səfəri siyasi deyil, şəxsi məqsədlər üçündür: atasının evini və atasının məzarını ziyarət etmək istəyib.

Başqa sözlə, o özünə bəraət qazandırmağa çalışıb: Qarabağa dövlət xadimi kimi yox, adi bir Qarabağ sakini kimi gedib və Xankəndinin “qardaş memorial-panteonunu” ziyarət etməyə bilməzdi.

“Və əslində, Armen Qriqoryan öz fotosunu dünən dərc etsə də, “arsaxın müstəqillik gününü” qeyd etmədi. Sadəcə qeyd etdi ki, Xankəndi “qardaşlıq memorial panteonunu” ziyarət edib və abidənin postamenti önünə gül dəstələri qoyub.

Bundan əlavə, bu fotoda Armen Qriqoryanı Qarabağın heç bir “rəsmisi”nin müşayiət etmədiyi də görünür”, – deyə sayt qeyd edir.