Lerikdə qəzada ölənlərin adlarının tam siyahısı məlum olub

11 Baxış

Lerik rayonunda baş verən ağır yol qəzası zamanı hələak olan şəxslərin adları məlum olub.

Turanmedia.az-ın Report-a istinadən məlumatına görə, qəzada Göyşaban kənd sakini, Xəlilova Dilarə İslam qızı, digərləri Boladi kənd sakinləri – Həşimova Sərvər Əhməd qızı, Axundova Saray İslam qızı, Ağayeva Təcrübə Ağababa qızı, Cəfərova Güldəstə Məmmədağa qızı, Rzayeva Səmayə Ağababa qızı, Tahirova Zərintac İslam qızı vəfat edib.

Xəstəxanadan aldığımız məlumata görə, hazırda 8 yaralıdan sürücü, Səyyadov Səyyad Hacıbala oğlunun vəziyyəti stabilləşdiyindən paltaya köçürülüb, reanimasiyada olan 7 nəfərin vəziyyəti ağır olsa da, stabilləşməyə doğru gedir.