Uzunömürlüyün SİRRİ TAPILDI

13 Baxış

Böyük Britaniyanın Milli Sağlamlıq İnstitutunun alimləri çayın əvəzolunmaz xüsusiyyətini müəyyən ediblər.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, Amerikanın “Annals of Internal Medicine” qəzetində dərc olunan araşdırmaya görə, gündəlik qara çay istifadəsi ömrü uzadır.

Genişmiqyaslı tədqiqatda hər gün çay içən 40-69 yaş arasında olan təxminən yarım milyon insan iştirak edib. Məlum olub ki, qara çay içənlərin bütün səbəblərdən, o cümlədən ürək-damar xəstəlikləri, infarkt və insultdan ölüm riski bir qədər azalıb. Bundan əlavə, içkidə süd, şəkər və ya digər əlavələrin olması onun faydalı xüsusiyyətlərini pozmur.

“Tədqiqatın nəticələri bu fitonutrientlərin və birləşmələrin təsiri ilə bağlıdır, çünki oksidləşdirici stressin və iltihabın azalması bütün hallarda ölüm riskini azaldır”, – tədqiqatın müəlliflərindən biri bildirib.

Qeyd etmək lazımdır ki, daha dəqiq nəticə əldə etmək üçün mütəxəssislər əlavə sınaqlar keçirmək niyyətindədirlər.