Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Açıq ov silahı ilə harada gəzmək olar?

110 Baxış

“Açıq ov silahı ilə yalnız ov sahəsində gəzmək olar”.

Turanmedia.az xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

O qeyd edib ki, ov silahı ov təyinatı ilədir: “Ova getdikdə, ov icazəsi olduqda ondan istifadə etmək olar. Bəzən vətəndaş yaşayış məntəqəsində, əkin sahəsində, örüş sahəsində açıq ov silahıyla gəzir. Qanunvericiliyin tələbi tətbiq edildikdə isə məhkəməyə müraciət edirlər. Hər bir halda məhkəməni uduzurlar. Çünki açıq ov silahı ilə yalnız ov sahəsində gəzmək olar”.

H. Əlizadə əlavə edib ki, vətəndaş DİN-in verdiyi icazəsi varsa, müvafiq qablaşdırmada ov silahını evində saxlaya və ya maşının baqaj hissəsində gəzdirə bilər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678