Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Bu halda Ermənistan daha ciddi itkilərlə qarşılaşa bilər” – İLGİNC AÇIQLAMA

101 Baxış

Son günlər Ermənistan tərəfindən Azərbaycan ordusunun mövqelərinin intensiv atəşə tutulması narahatlıq doğurur. Sülh üçün danışıqların getdiyi bir vaxtda düşmənin bu cür təxribatlara əl atması isə hec cür anlaşılan deyil. Bəs görəsən atəşkəsi pozmaqda və təxribatlar törətməkdə Ermənistanın məqsədi nədir?

Turanmedia.az xəbər verir ki, mövzunu konkret.az-a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, Ermənistan atəşkəsi intensiv pozmaqla Azərbaycana təzyiq etməyə çalışır. Bununla da rəsmi Bakının danışıqlar masasında geri çəkilməsinə nail olmağa çalışır: “Ermənistan məğlub olsa da, hər addım uğrunda mübarizə aparır. Ona görə də, düşmənə cəbhə bölgəsində layiqli cavab verilməlidir ki, Ermənistan yeni reallığı anlayıb geri çəkilsin və Azərbaycanın şərtlərini qəbul etsin. Bir tərəfdən Ermənistanın Azərbaycanla sülh müqaviləsinə hazır olduğuna dair məlumatlar yayılır, digər tərəfdən isə cəbhə bölgəsində intensiv atışmalar gedir. Ona görə də, düşmənə artıqlaması ilə cavab verilməlidir ki, Ermənistan bu provakasiyalardan əl çəksin”.

Politoloq əlavə edib ki, Paşinyana qarşı daxildə ciddi təzyiqlər mövcuddur: “Azərbaycan yenidən rəsmi İrəvana hərbi güc nümayiş etdirsə, Bu, ermənilər üçün daha pis nəticələnəcək. Paşinyan da anlatmaq istəyir ki, Azərbaycana güzəştə getmək və şərtlərini qəbul etmək lazımdır. Əks halda Ermənistan daha ciddi itkilərlə qarşılaşa bilər”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678