Aidə İsmayılova:”Hər qazanılan uğurun arxasında gərgin çalışmalar dayanır”.

97 Baxış

Mingəçevir təhsili həmişə öndə olub ,bu gün də bu ənənəni qoruyub saxlayır. 2021-2022-ci tədris ilində region üzrə ən yüksək nəticəni də məhz Mingəçevir məktəbləri göstərib. Ali məktəblərə qəbul zamanı 30 məzun 600-dən yuxarı bal toplayıb. Hər uğurun arxasında gərgin bir zəhmət dayanır. Bu da müəllim əməyi,valideyin məsuliyyəti və şagirdin öz üzərində çalışmasıdır desək yanılmarıq.

Turanmedia.az xəbər verir ki, bu uğurlarda Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin kifayət qədər payı var.
Rekord nəticələri ilə seçilən Mingəçevir Təbiət-Riyaziyyat və Hümanitar Təmayüllü Lisey hər il yüksək nəticələri ilə öndə olub. 2021-2022-ci tədris ili də lisey üçün uğurlu olub. liseyin məzunu Xəqani Zeynallı ali məktəblərə qəbul zamanı 693 bal toplayaraq şəhər üzrə rekord nəticə göstərib. Bu il liseyi bitirən 81 məzunun 65 nəfəri tələbə adını alaraq ölkəmizin və başqa xarici dövlətlərin ali təhsil müəssisələrində oxumaq hüququ qazanıblar.ali məktəblərə qəbul olub. Bundan əlavə Liseyin iki məzunu Behputov Elnur (673 bal), Abdullazadə Kamil (628 bal) tam orta təhsili xüsusi nailiyyətlərlə başa vurduqlarına görə “QIZIL MEDAL”a layiq görülmüşlər. Qərara aldıq ki,bu qədər naliyyətləri olan bir təhsil ocağının əldə etdikləri uğurları,məzunların,şagirdlərin,valideyinlərin və nəhayət pedoqoji kollektivin sevincinə şərik olub bu məqamı işıqlandıraq. Bu məqsədlə liseyin direktoru Aidə İsmayılova ilə görüşüb bir yazı hazırladıq. İlk olaraq direktor onu qeyd etdi ki, hər qazanılan uğurun arxasında yorulmadan çalışmaq var, verilən əmək var:” Hər il ali məktəblərə qəbul zamanı liseyimizin şagirdləri ən yüksək nəticələr əldə ediblər. Bu tədris ilində də liseyimiz ənənəsinə sadiq qalıb və yenə də göstəricilərə görə birinci olub. Uzun illərin təcrübəsi göstərir ki, cəmiyyətin uğurlu gələcəyini təmin etmək üçün daha yaxşı təhsil siyasəti aparmaq tələb olunur. Bu baxımdan liseyimiz konkret istiqamətləri müəyyən edilmiş innovativ təlimin daha çox üstünlükləri olduğunu nəzərə alaraq, lisey müəllimləri fəaliyyətlərini bu istiqamətdə genişləndirilməsinə diqqəti ilbə-il artırıblar. 2021-2022 – ci dərs ilində ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən liseyin 11 nəfər məzunun 500- 600 bal intervalında nəticələri var. Həmçinin liseyin 7 məzunu 600-dən yuxarı bal toplayıb. Onu da demək yerinə düşərdi ki, 2021-2022-ci dərs ilini müvəffəyyətlə bitirdiklərinə və dərs əlaçısı olduqlarına görə aşağıda adları qeyd olunan IX sinif şagirdləri fərqlənmə attestaına layiq görülmüşlər.

1. : Həsənov Fərid Vüqar oğlu
2. Hüseynzadə Tünzalə Nəriman qızı
3. Abbasova Günay Qalib qızı,
4. Mehdizadə Gülnar İlqar qızı,
5. Şərifova Leyla Elşən qızı,
6. Verdiyev Əşrəf Mahir oğlu,
7. Xidirov Ramal İlqar oğlu,
Zeynallı Hüseyn Üzeyir oğlu.
Eyni zamanda -2021-2022-ci dərs ilini müvəffəyyətlə bitirdiklərinə və dərs əlaçısı olduqlarına görə aşağıda adları qeyd olunan XI sinif şagirdləri fərqlənmə attestaına layiq görülmüşlər.
1. Məmmədli Fateh Firudin oğlu,
2. Zeynallı Xaqani Nizami oğlu
3. Həsənova Röya Rahim qızı,
4. Hüseynova Nəzrin Elxan qızı
5. Məhərrəmov Səid Mehran oğlu
6. İbrahimova Dursun Rufi qızı,
7. Cabbarov Əli Ayaz oğlu,
8. İmanova Günay Aydın qızı,
9. Manaflı Elnur Cümşüd oğlu,
10. Məmmədli Ziya Ayaz oğlu.
Uğurlarımızın qazanılmasında pedoqoji kollektivin böyük əməyi olmuşdur,onların hər birinə təşəkkür edir,yeni tədris ilində bu uğurlar davamlı olsun deyirik!
Aidə İsmayılova 2021/2022-ci tədris ilində şagird və məzunların digər əldə etdiyi nailiyyətlər barədə də məlumat verib.
Qeyd edək ki, Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey 1990-cı ildə “İstedadlı şagirdlər üçün ixtisaslaşdırılmış məktəb” kimi fəaliyyətə başlamışdır. 1991-ci ildə qazandığı ilk uğurlar nəzərə alınaraq ona lisey statusu verilmişdir. Hazırda lisey təbiət – riyaziyyat və humanitar elmlər təmayüllüdür.

 

Esmira Hidayətova,Mingəçevir.