Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan və Yaponiya dövlətinin müxtəlif sahələr üzrə dostluq münasibətləri vardır

158 Baxış

Azərbaycan və Yaponiya dövlətinin müxtəlif sahələr üzrə dostluq münasibətləri vardır.

İlk dəfə 1956-cı ilin oktyabrında diplomatik münasibətlər qurulduqdan sonra Yaponiya Cəmiyyətinin Sumqayıt şəhəri üzrə şöbəsi təşkil edildi. Bu hadisədən sonra Azərbaycan-Yapon mədəni əlaqələri canlandı və müasir dövrümüzə qədər davam edir.

Yaponiya Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrında tanımışdır.

1998-ci ildə Ulu Öndər Heydər Əliyev Yaponiyaya ilk dəfə səfər etmişdir və orada təhsil alan gənclərlə görüşmüşdür.

2000-ci ildə Tokioda “Yaponiya -Azərbaycan Dostluğu Cəmiyyəti ” təşkil olunmuşdur. Cəmiyyətin sədri Komci İşimota idi. O, 20-ci əsrdə Azərbaycanla tanış olmuş və Azərbaycan dilini öyrənmişdir.

2006-cı ilin martında İlham Əliyev Yaponiyaya rəsmi səfər etmişdir. Səfər çərçivəsində Yaponiya Beynəlxalq Münasibətlər İnstitutunda olmuşdur. Tanınmış elm xadimləri və dövlət rəsmiləri, diplomatlarla görüşlər keçirilmiş” Azərbaycan Respublikası və Yaponiya arasında dostluq və əməkdaşlığın gələcək inkişafı haqqında birgə Bəyannamə” imzalanmışdır

İki dövlət arasında mədəni münasibətlər davam edir.

Bu gün -7 sentyabr tarixində Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Yaponiya Səfirliyinin təşkilatçılığı ilə təşkil olunmuş Yaponiya -Azərbaycan Diplomatik əlaqələrinin yaranmaslnın 30 illiyinə həsr olunmuş tədbirdə iştirak etmişdir. Tədbirdə iki dövlətin tarixinə , tarixi dostluğuna həsr olunmuş çıxışlar səsləndirilmişdir.

Esmira Hidayətova


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678