Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyada erməni jurnalist axtarışdan sonra SAXLANILDI

91 Baxış

Rusiyada erməni jurnalist axtarışdan sonra saxlanılıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə “OVD-İnfo” (Rusiya Federasiyasında xarici agent kimi tanınır) məlumat yayıb. Məlumata görə, Rostovda yaşayan “RusNews”un jurnalisti Bella Nəsibyan sentyabrın 8-də axtarışa verilib.

Əməliyyat tədbirinin hansı iş üzrə keçirildiyi hələlik məlum deyil.

“Axtarışdan əvvəl jurnalist onun bank hesablarının bloklandığını aşkar edib”, – məlumatda deyilir.

Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumatı operativ şərh edə bilməyib.

“Kommersant” xəbər verir ki, cümə axşamı səhər hüquq-mühafizə orqanlarının əməkdaşları Dövlət Dumasının keçmiş deputatı İlya Ponomarevin Telegram və YouTube kanallarının administratorlarının da evində axtarış aparıblar. Onun özü də Rusiya Silahlı Qüvvələri haqqında “saxta xəbərlər” işinə görə qiyabi həbs edilib.

Yekaterinburqda “Veçerniye vedomosti” internet nəşrinin redaktoru Vladislav Postnikovun evində də axtarış aparılıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678