Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məktəblərimizdə çoxları təhsil üçün türk və Azərbaycan dilini SEÇDİLƏR – Erməni nazir

97 Baxış

“Erməni məktəblərində bir çoxları təhsil üçün türk və Azərbaycan dillərini seçiblər”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu sentyabrın 8-də jurnalistlərə müsahibəsində Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan bildirib.

“44 günlük müharibədə düşmənlərimizin erməni dilini ləhcəsiz bilməsinin səviyyəsini döyüş meydanında gördük. Onlar təlim keçmişdilər və indi də məktəblərdə təhsil alırlar.

Biz türk və Azərbaycan dillərini seçmə fənn kimi və yalnız orta məktəblərdə təklif edirdik.

İndi isə çoxları türk və Azərbaycan dilini seçib. Məktəblərdən birinin direktorundan soruşanda dedilər ki, səbəblər azərbaycanlılarınki ilə eynidir. Biz bu mühüm problemi həll etməyə hazır olmalıyıq”, – deyə nazir bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678