Şəhidin xatirəsi bulaq ilə əbədiləşdi

119 Baxış

Şəhidin xatirəsi bulaq ilə əbədiləşdi.

Turanmedia.az xəbər verir ki, 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Mingəçevirli şəhid Orucov Tural Əmir oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə tikilmiş bulaq kompleksinin açılışı olmuşdur.

Mərasimdə Gənc Qazilər İ.B. Mingəçevir filialı, Qarabağ Qazilər cəmiyyətinin sədri Maqsud Həsənov, Əfqanıstan Veteranlar İ.B. sədri Elşən İbrahimli, şəhid valideyinləri, şəhid övladları iştirak edib. Əvvəlcə şəhidlər xiyabanında şəhidlərin qəbirləri ziyarət olunun,ruhlarına dualar oxunub.Tədbirdə iştirak edənlər Vətən Müharibəsi Şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlarından söhbət açılıblar.

Daha sonra təşkil olunmuş tədbirdə gənc qazilərin məktəbə gedən övladları üçün məktəbli çantası və digər ləvazimatlar təqdim olunub. Sonda isə cəmiyyətə üzv olan qazilərin üzvlük vəsiqələri verildi.

Bu dəyərli yolda qazilərə maddi və mənəvi dəstək olan Vüsal Əlibəyliyə (Xarıbülbül restoranın sahibi) xüsusi təşəkkürlərini bildiriblər. Qeyd edək ki, bulağın açılışı da həmin ünvanda olub. Həmçinin məktəb ləvazimatları ilə dəstəyinə görə Oyal şirkətinə təşəkkür edirik.

Bu müqəddəs yolda yanımızda olan hər kəsə minnətdarıq.

Esmira Hidayətova,Mingəçevir.