Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Təhsil ocağımızın bu şərəfli missiyanı həyata keçirməsi olduqca qürurludu

115 Baxış

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısının rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində, bu ölkənin tanınmış liseylərindən olan Dənizlidəki Erbakır Fen lisesi ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar məktəb lisey kompleksi arasında qarşılıqlı elm və təhsil mübadiləsinin aparılması razılaşdırılmışdır. Bu istiqamətdə təhsil müəssisələri üzərlərinə düşən öhdəlikləri reallaşdırmaqda israrlıdır.

Turanmedia.az xəbər verir ki, “Bilesuvarinfo”ya bu haqda danışan, Milli Qəhrəman Mübariz İbrahimov adına bağça-məktəb-lisey kompleksinin icraçı direktoru Aqşin Bağırov bildrmişdir ki, qardaş ölkələrin təhsil işciləri, müəllim kollektivləri üzərlərinə düşən şərəfli missiyada iştirakdan qürürludurlar: “ Hələ 2022 – ci ilin may ayında Türkiyə nümayəndə heyətinin Biləsuvar rayonuna rəsmi – işgüzar səfəri çərçivəsində liseydə olmuş qarşılıqlı əməkdaşlıqla bağlı ətraflı fikir mübadiləsi olub. Biz, Türkiyədə Erbakır Fen liseyi qarşılıqlı münasibətlərin detallarını ətraflı müzakirə edərək razılaşmaya gəldik. Əlaqələrin bundan sonra daha da inkişafı üçün, liseylərin müəllim və şagirdlərin qarşılıqlı elm və təhsil mübadiləsi, müxtəlif bilik yarışmaları və digər tədbirlərin təşkil edilməsi dəqiqləşdirildi. Görüşdə qərara alınmışdır ki, pedaqoji kollektivlərin və şagirdlərin təşkil olunacaq qarşılıqlı səfərlərində, müxtəlif bilik yarışmaları təşkil edilsin və təcrübələrini bölüşsünlər.”

Aqşin Bağırov qeyd emişdir ki, əhalisi bir milyondan artıq olan Dənizli əyalətində təhsil ocağında, digər görüşlərdə Türkiyə – Azərbaycan qardaşlığının daha yaxından şahidi olduq:

– Böyük qürur hissi ilə bildirilmişdir ki, bu günkü, iki dövlət liderləri – Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində Türkiyə – Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Azərbaycanın müstəqilliyindən ötən 31 il ərzində Türkiyə – Azərbaycan əlaqələri həmişə yüksələn xətlə inkişaf etmişdir. Bu əlaqələr getdikcə daha da güclənir, daha da dərinləşir. Xüsusilə, bu qardaşlığı Türkiyə dövləti Azərbaycanın Vətən müharibəsindəki haqq savaşında yanımızda olması ilə bütün dünyaya açıq bəyan etdi.

Bəli, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan, tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla davam edir. Artıq qardaş dövlətlərin rayonları bir – biri ilə qardaşlaşır. Təhsil sahəsində səmərəli və fəal əməkdaşlığın qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan ardıcıl həyata keçirilməsi uğurlu fəaliyyətimiz çərçivəsində bundan sonra da amalımız ölkələrimizdə elmin və təhsilin inkişafına xidmət edəcək. Bu gün, təhsil ocağı olaraq bu kimi şərəfli missiyada iştirakdan olduqca qürurluyuq. Yaxın vaxtlarda təhsil ocaqlarının müəllim və şagirdlərinin nəzərdə tutulan qarşılıqlı səfərləri reallaşdırılacaq. Həqiqətən bu görüşlər çox yaddaqalan oldu. Atatürk liseyində Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan otağın olması, burada qəhrəmanımızla bağlı fotoguşənin hazılanması qəhrəman türk oğuluna verilən dəyərin bariz nümunəsidir.

Görüşdə Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan təhsil müəssisəmizin fəaliyyəti, əldə etdiyi parlaq nəticələr barədə ətraflı məlumat verildi. Şagirlərimizin əl işi olan, taxta üzərində işlədikləri – Biləsuvarın xəritəsi və M. İbrahimovun düşmən üzərinə gedərkən yazdığı məktubun surəti Dənizlidəki Erbakır Fen lisesiyinə təqdim olundu.

Bu görüşlər müasir dövrdə elm, təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsinin, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini göstərir. Yüksək ixtisaslı kadr hazırlığı məqsədilə xarici ölkələrin, xüsusilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin davamlı inkişaf etdirildiyi bir zamanda, anlaşmalarımız xüsusi önəm daşıyır.

Bu əlaqələrin təməlində xalqlarımız arasında olan tarixi bağlılıq, qardaşlıq və əzəli dostluq durur. Türk dünyasının böyük oğlu, böyük öndər Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”. Bu unudulmaz tarixi kəlamlar bu gün də həm Türkiyə üçün, həm Azərbaycan üçün yol göstərən bir istiqamətdir.

Surxay Şahbazov, AJB- nin üzvü


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678