Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hulusi Akar sərt XƏBƏRDARLIQ ETDİ: “Ağıllı olun, keçmişin səhvlərini təkrarlamayın!”

84 Baxış

“Ağıllı olun, keçmişin səhvlərini təkrarlamayın”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Yunanıstan -Türkiyə münasibətlərindən danışarkən deyib. O bildirib ki, Yunanıstan son günlər Türkiyəyə qarşı təxribatlar törədir və bu, artıq dözülməz həddə çatıb.

“Biz Afinaya deyirik, tarixdən dərs alın. Yeni macəralar axtarmayın. Kimsə qulağınıza pıçıldaya bilər, sizi təhrik edə bilər. Amma tarix göstərdi ki, bu təxribatlar dözülməzdir. Ağıllı olun. Keçmişin səhvlərini təkrarlamayın”, – deyə Hulusi Akar xəbərdarlıq edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678