“Azərbaycanla atəşkəs razılaşdırıldı” – Ermənistan Təhlükəsizlik Şurasının katibi

10 Baxış

Azərbaycanla atəşkəs razılaşması əldə olunub.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasının efirində bildirib.

O deyib ki, beynəlxalq ictimaiyyətin iştirakı sayəsində atəşkəs əldə olunub.

“Təbii ki, razılaşma var, olmasaydı, atəşkəs mümkün olmazdı. Ümid edək ki, qarşı tərəf atəşkəsə əməl edəcək”, – Qriqoryan deyib.