Türkiyənin Səhiyyə naziri Bakıya gəlir

77 Baxış

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca Azərbaycana gəlir.

Turanmedia.az xəbər verir ki, bu barədə Mediapress.az-a Türkiyənin azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər çərçivəsində türkiyəli nazir sabah Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edəcək.

Fəxrəddin Qocanın eyni zamanda ilk dəfə keçiriləcək Azərbaycan–Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisində iştirakı nəzərdə tutulub.