Həkimdən ÜZÜCÜ XƏBƏR: “Səhiyyə nazirinin “pandemiyanın sonuna doğru gedə bilərik” deməsi çox tezdir”

7 Baxış

Səhiyyə naziri Teymur Musayevin “pandemiyanın sonuna doğru getdiyimizi deyə bilərəm” açıqlaması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bir çox insanlar buna sevinsələr də, mütəxəssislər belə bir açıqlamanın verilməsinin doğru olmadığı qənaətindədirlər.

Turanmedia.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə ekspert, terapevt Rasif Bağırov bildirib ki, səhiyyə nazirinin “pandemiyanın sonuna doğru gedə bilərik” deməsi hələ tezdir: “Çünki ölkədə koronavirusun mutasiyaya uğrayan variantı olan Omikron geniş yayılıb. Müayinə zamanı insanlarda hələ də virusa yoluxma aşkar edilir. Yüngül formada olsa da, yoluxmaya rast gəlinir və müalicə aparılır. Nadir hallarda isə pnevmaniya müşahidə olunur. Yəni proses davam edirsə, bunun sonuna doğru getdiyimizi açıqlamaq doğru deyil”.

Rasif Bağırov: "Bizdə korona dalğavaridir, "Delta" ştammının fərqi..." –

Ekspertin sözlərinə görə, səhiyyə naziri ABŞ və Avropa ölkələrində səsləndirilən “pandemiyanı bitmiş hesab etmək olar” ifadəsinə istinad edərək belə danışır: “Bu prinsiplə yanaşaraq pandemiyanın bitdiyini elan etmək real mənzərə ilə uzlaşmır. Çünki gündəlik olaraq yoluxmalar artır. Eyni zamanda praktik həkimlərə də virusa yoluxma halları ilə müraciət olunur. Odur ki, pandemiyanı bitmiş hesab etsək və insanlara kütləvi yerlərdə maska taxmamağı aşılasaq, o zaman yoluxma sayı yenidən arta bilər. Bu səbəbdən də pandemiyanın bitdiyini demək olmur. Hələ nə Türkiyə, nə Hindistan, nə də Rusiya bunu açıqlaya bilmirsə, Azərbaycanda belə bir fikirin səsləndirilməsi təəccüblüdür”.