Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əsgər anası:”Bu dəstəyinizdən çox qürurlandım”.

112 Baxış

Məlum olduğu kimi, sentyabrın 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycan ilə dövlət sərhədi boyunca başlanmış genişmiqyaslı hərbi təxribat törədərək müxtəlif istiqamətlərdə ordumuzun bölmələrinin mövqeləri və təlimat yolları arasında minalar düzüb, Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində yerləşən obyektləri intensiv atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun bu təxribatına müvafiq cavab verib. Bu döyüşlərdə yaralanan əsgərlərimizdən biri mingəçevirli “canavar”ləqəbli Hacıyev Ruzi Dəyanət oğludur. Ruzinin ailəsini bu dəfə Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev,bələdiyyənin üzvüləri,şəhid anası İranə Həsənova ,MİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sahib Əliyev ziyarət ediblər. Ziyarət zamanı ailənin qayğıları ilə maraqlanıb,xanıma oğlunun tez sağalmasını arzulayıblar. Bələdiyyə sədri bildirib ki, sizın övladlarınız qalib ordumuzun layiqli hərbçiləridir: ”Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun uğurları, zəfər yürüşləri düşməni yerində oturdub, nəyə qadir olduğumuzu bütün dünyaya nümayiş etdirib. Əsgər və zabitlərimizin şücaəti, xalqla birgə fəaliyyəti ürəkaçandır. Biz ordumuzla fəxr edir, qürur duyuruq. Sizi ziyarət etməyimizdə məqsədimiz tək iki övlad böyütmüş bir ana kimi dəstəyimizi göstərməkdir”.
Bu gəlişdən məmnun olan əsgər anası çox qürurlandığını və bu dəstəyə görə dövlət başçımıza,yerli şəhər rəhbərliyinə öz minnətdarlığını ifadə edib.

Ziyarət olunan ailəyə ərzaq sivqatı da təqdim olunub.

 

Esmira Hidayətova, Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678