Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

PKK BƏYANATI VERDİ: “Bizim üzvlərimizi Türkiyəyə təslim etmək Ermənistan üçün ayıbdır”

81 Baxış

“Kürdüstan “inqilabçılarını” təslim etmək Ermənistan üçün ayıbdır”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Kürd terrorçu təşkilatın (PKK) mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Ermənistan Kürd Fəhlə Partiyasının (PKK) iki üzvünü Türkiyəyə təhvil verməklə özünün və beynəlxalq qanunları pozub.

 

PKK bəyanat yayaraq, Atil Çiçək və Hüseyn Yıldırımın Ermənistandan Türkiyəyə ekstradisiya edildiyini bildirib. PKK bəyanatında onların soyadlarını vermir, əksinə “Lexen” və “Alişer” təxəllüslərindən istifadə edir. Qeyd olunur ki, sonuncular 2021-ci ilin avqustunda Ermənistanla sərhəddə erməni sərhədçiləri ilə toqquşub və saxlanılıblar.

 

“2022-ci ildə, fevralın 23-də onlar Ermənistanın Apellyasiya Məhkəməsinin qarşısına çıxıblar və məhkəmə onların azadlığa buraxılmasına qərar verib. Beynəlxalq və Ermənistan qanunlarına görə, onlar azad edilməli idi. Əvəzində Ermənistan xüsusi xidmət orqanları tərəfindən oğurlanaraq həbs ediliblər. Bu tədbirlər görüldükdən sonra onların azadlığa buraxılacağı vəd edilsə də, təxminən bir ay əvvəl onlar Ermənistandan Türkiyəyə ekstradisiya ediliblər”, – məlumatda deyilir.

 

“Kürd inqilabçılarının bu şəkildə Türkiyəyə köçürülməsi Ermənistan üçün utancvericidir. Bu kürd inqilabçıları öz xalqlarının varlığı və azadlığı üçün mübarizə aparır və bütün məzlum xalqlara rəğbət bəsləyirlər”,- deyə PKK bildirib.

 

Ermənistanın datalex.am məhkəmə-informasiya sistemində dərc olunan məlumata görə, onlara 2021-ci il avqustun 16-da Araz çayı üzərindən Ermənistan sərhədini qanunsuz keçmək, silah və sursat qaçaqmalçılığı ilə bağlı ittiham irəli sürülüb. Zəngəzur Rayon Birinci İnstansiya Məhkəməsinin qərarı ilə 2022-ci ilin yanvarında Hüseyn Yıldırım və Atil Çiçək 7 il müddətinə azadlıqdan məhrum edilib və pul vəsaitlərinin müsadirə edilməsinə qərar verilib. Daha sonra Apellyasiya Məhkəməsi PKK-nın iki üzvünün cəzasını 3 il sınaq müddəti olmaqla şərti cəzaya endirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678