Bərdədə 27 sentyabr-Anım Günü ilə əlaqədar tədbir keçirilib

76 Baxış

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizin xatirəsinə ehtiram olaraq 27 sentyabr – Anım Günü ilə əlaqədar Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən anım tədbiri keçirilib.

Turanmedia.az xəbər verir ki, Bərdə rayon Mədəniyyət Mərkəzinin qarşısından baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi hörmətlə anılıb. Əllərində üçrəngli Azərbaycan Bayrağı və şəhidlərin şəkillərini tutmuş tədbir iştirakçıları tərəfindən dövlətimizə və ordumuza dəstək olaraq “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Müzəffər Ordumuz”, “Vətən sənə canım fəda!” şüarları səsləndirilib.
Tədbirdən sonra Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, Təhsil, Bərdə regional Asan Xidmət Mərkəzi, ictimaiyyət nümayəndələri, Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və çoxsaylı mədəniyyət işçilərinin iştirakı ilə rayon ərazisində yerləşən Şəhidlər Xiyabanı ziyarət edilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş Birinci Qarabağ və Vətən Müharibəsi şəhidlərinin məzarlarını önünə gül dəstələri düzülüb.
Sonda Bərdə Regional Asan Xidmət Mərkəzi və regional mədəniyyət idarəsinin kollektivi tərəfindən Bərdə terrorunda şəhid olan dinc sakinlərin əziz xatirəsinə yaradılmış “Xatirə lövhəsi” ziyarət olunub, qarşısına tər güllər düzülərək mülki şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.