Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Xankəndiyə daxil olacağımız təqdirdə təzyiqlərin kim tərəfindən ediləcəyi göz qabağındadır” – DETALLAR

112 Baxış

Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Tehran Mənsimovun ordumuzun Xankəndini işğaldan azad etməsini an məsələsi hesab etməsi cəmiyyət tərəfindən böyük sevinc və rəğbət hissi ilə qarşılanıb. Polkovnik bildirib ki, Şuşanı işğaldan azad edən Azərbaycan Ordusu üçün Xankəndini geri qaytarmaq hər anın məsələsidir. Bəs görəsən indiki gərgin geosiyasi vəziyyətdə və həssas dönəmdə bunu etmək nə dərəcədə mümkündür?

Turanmedia.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən politoloq Elçin Mirzəbəyli bildirib ki, məsələyə hərbçilərin yanaşması ilə siyasətçilərin baxışları arasında fərq ola bilər: “Azərbaycan ordusu Ermənistanın son təxribatları zamanı da özünün nəyə qadir olduğunu göstərdi. Qəhrəman əsgər və zabitlərimiz istənilən an ölkənin hüdudlarının qorunması üçün fədakarlıq nümayiş etdirə və yeni qəhramanlıq nümunələri yarada bilərlər. Amma məsələyə fərqli konteksdən də yanaşmaq lazımdır. Hazırda proses həm də danışıqlar müstəvisində gedir. İndiki halda Ermənistan bütün vasitələrlə prosesi pozmağa çalışsa da, hər halda ortalıqda sülh gündəliyi var. Digər tərəfdən üçtərəfli Bəyanat mövcuddur və onun icrası bizim üçün də labüddür. Azərbaycan öz öhdəliklərinə sadiq qalan bir dövlətdir. Dövlətlər isə böyüklüyünə görə deyil, özlərinin məsuliyyətli davranışlarından dolayı fərqlənirlər. Bu baxımdan biz istənilən ərazimiz üzərində an məsələsi olaraq suveren hüquqlarımızı təmin edə bilərik. Bunun üçün hər hansı bir problem yoxdur. Əgər belə bir problem yoxdursa, həmçinin beynəlxalq müstəvidə baş verən proseslərdə ölkəmizin maraqlarının qorunmasını labüd hesab ediriksə, üstəlik əlavə təzyiq vasitələri üçün zəmin yaranmasını arzulamırıqsa, o zaman diplomatik müstəvidə doğru hərəkət etdiyimizi düşünə bilərik. Bu baxımdan ölkə başçısı İlham Əliyevin fikirləri bir nümunədir: “Biz nəyi necə və nə vaxt etmək lazım olduğunu çox yaxşı bilirik”. Düşünürəm ki, Azərbaycanın həm Vətən müharibəsinə qədərki, həm müharibə, həm də ondan sonrakı dövrdə atdığı addımlar qeyd etdiyimiz çərçivəyə cavab verir. Dövlətimiz nə zaman labüd hesab edəcəksə və prosesin təhlükəli formaya nə vaxt istiqamətləndiyini görəcəksə, onda da separatizmin köklərini torpaqlarımızdan birdəfəlik kəsəcəyik. Amma indiki halda problemlərin həlli və etnik ermənilərin də Azərbaycan qanunvericiliyinə tabe olaraq ölkə vətəndaşı kimi yaşaması üçün bütün səylər tükənməyib”.

Politoloq əlavə edib ki, Xankəndi Aərbaycanın beynəlxalq müstəvidə tanınmış ərazisinin bir hissəsidir: “İkincisi, Xankəndiyə daxil olacağımız təqdirdə təzyiqlərin  kim tərəfindən ediləcəyi artıq göz qabağındadır. Bu prosesdə ölü ATƏT-in Minsk Qrupunu yenidən diriltmək istəyənlər tərəfindən çoxsaylı provakasiyaların ortaya çıxması mümkündür. Nəzərə almaq lazımdır ki, bununla bağlı müəyyən presedentlər də var. Məsələn Fransa Nümayəndələr Palatasının atdığı addımları nümunə göstərmək olar. Bu baxımdan düşünmürəm ki, biz hansısa təzyiqləri öz üzərimizə çəkməliyik. Xüsusən də indiki həssas vəziyyətdə bunu etmək doğru olmaz”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678