Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bərdə rayon Mədəniyyət Mərkəzində “Zəfərə gedən yol” tamaşası nümayiş olunub

97 Baxış

Turanmedia.az xəbər verir ki, 27 sentyabr-Anım Günü münasibəti ilə Bərdə rayon Mədəniyyət Mərkəzində Bərdə Xalq Teatrının hazırladığı “Zəfərə gedən yol” tamaşası nümayiş olunub.
Tamaşanın nümayişində şəhid ailələri, qazilər, Bərdə Regional Asan Xidmət Mərkəzinin rəhbərliyi və əməkdaşları, mədəniyyət işçiləri və rayon ictimayəti iştirak edib.
Rejissor Mehman Quliyevin quruluş verdiyi tamaşanın əsas məqsədi yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin daha da artırılması, təbliğ olunması, insanların teatr sahəsinə olan marağını artımaqdır.
Təsirli epizotlar ilə yadda qalan tamaşa izləyiciləri kövrəltsə də aktyorların çıxışları zalda əyləşən izləyicilərin alqışları ilə sona çatıb.
Tamaşadan sonra çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova vətənpərvərlik ruhunda hazırlanan belə tamaşaların vacibliyindən danışıb, yaradıcı heyətə uğurlar azrulayıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678