Polis rəisi:” Məqsədimiz ölkəmizdə, eləcədə şəhərimizdə günü-gündən narkomaniyanın artmasının qarşısını almaq üçün maarifləndirici tədbirləri gücləndirməkdir”.

Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhər Polis şəbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev şöbənin əməkdaşları ilə birgə “Narkomaniya yox deyək” və digər zərərli vərdişlərlə mübarizə tədbirləri məqsədilə Mərkəzi Aran Regional Təhsil idarəsinin tabeçiliyində olan Mingəçevir 4 saylı məktəbdə maarifləndirici söhbətlər aparıblar. Tədbirdə Mingəçevir təhsil sektorunun müdiri Sevinc Həsənova da iştirak edib. Tədbirdə məktəbin direktoru Azər Qazıyev çıxış edərək təhsil ocağı barədə ümumi məlumat verib.
Daha sonra “Narkomaniyaya yox deyək” və digər zərərli vərdişlərə qarşı keçirilən görüşdə çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən söz açaraq, ölkənin hər yerində narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını qeyd edib: “Tərəfimizdən şəhər ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Buna baxmayaraq gizli yollarla narkotikadan isitfadə edənlər var və onun acı nəticələri görülməkdədir. Ən ağrılı nəticə odur ki,valideyin öz narkoman övladı ilə bağlı polis şöbəsinə məlumat verir. Bizim də məqsədimiz ölkəmizdə, eləcədə şəhərimizdə günü-gündən narkomaniyanın artmasının qarşısını almaq üçün maarifləndirici tədbirləri gücləndirməkdir”.
Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Emir Cavadov çıxışı zamanı narkomaniyanın törətdiyi fəsadlardan ətraflı məlumat verib.
Digər polis əməkdaşları “Erkən nikah və onun törətdiyi fəsadlar”, “Cinayət məsuliyyəti daşıyan və təhlükəli erkən nikah”, “Dini fanatizm, radiklizm, ekstremizmin mahiyyəti və təhlükələri” və yol hərəkəti qaydaları ilə bağlı mövzularda çıxışlar ediblər.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Esmira Hidayətova,Mingəçevir