Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə əsrin bəlasına qarşı mübarizə davam etdirilir.

171 Baxış

Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Mingəçevir şəhərində narkomaniyaya və digər zərərli vərdişlərə qarşı maarifləndirmə tədbirləri şəhərin bütün ümumtəhsil müəssisələrində həyata keçirilir. Növbəti maarifləndirmə tədbiri şəhərin 7 saylı tam orta məktəbində keçirilib.

Turanmedia.az xəbər verir ki, tədbirdə Mingəçevir Polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev, Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları və məktəbin yuxarı sinif şagirdləri, müəllimlər iştirak ediblər. Polis əməkdaşlarını məktəbin direktoru Anar İsmayılov qarşılayıb və məktəb haqqında ümumi məlumat verib.
Tədbirdə çıxış edən polis polkovniki Ə.Əliyev bildirib ki, narkomaniyanın yayılmasında gənclər önəmli rol oynayır və buna görə də, gəncləri narkomaniya bəlası ilə bağlı məlumatlandırılması zəruridir:” Son zamanlar narkotik vasitələrin sosial şəbəkələrdə təbliği və satışı hallarına tez-tez rast gəlirik. Narkotik vasitələr reklam edilir və sosial şəbəkələr üzərindən satılır. Sosial şəbəkələrdəki narkotacirlərin tələsinə, daha çox yeniyetmələr və gənclər düşür. Həyatına “məna” qatmağa çalışan 14-18 yaşlı gənclər, bu mənanı çox zaman narkotik vasitələrdə görür. Bu yaşdakı uşaqlar üçün isə, narkotacirlərin cənginə düşmək o qədər də çətin olmur. Özünü yeni tanımağa başlayan yeniyetmə, bir neçə dəfə narkotik vasitəsini daddıqdan sonra asılılıq yaranır və bir daha bu asılılıqdan qurtula bilmir. Valideynlər isə, uşaqlarının vəziyyətindən xəbər tutduqları zaman gec olur.Ona görə də biz çalışırıq ki,yeniyetmə gənclərimizi narkotikin təbliğindən qorumaq üçün maarifləndirici tədbirlər həyata keçirir ,eyni zamanda digər zərərli vərdişlərlə bağlı onları maarifləndiririk. Bu gün bizim əməkdaşlar bu mövzularda çıxış edərək sizləri bir daha maarifləndirəcək”.
Daha sonra mövzu ilə əlaqədar Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Emir Cavadov çıxışı zamanı slaydlar vasitəsi ilə narkotik vasitələrin təhlükələrini ətraflı izah edib. Mövzu ilə əlaqədar polis əməkdaşları “Erkən nikah və onun törətdiyi fəsadlar”, “Cinayət məsuliyyəti daşıyan və təhlükəli erkən nikah”, “Dini fanatizm, radikalizm, ekstremizmin mahiyyəti və təhlükələri” və “Yol hərəkəti qaydalarına əməl edək” adlı mövzularla bağlı maarifləndirici çıxışlar ediblər.
Tədbirin sonunda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.Hətta bir şagird ona sosial şəbəkələr vasitəsi ilə narkotikin istifadəsi təklif olunub deyə şagird polis əməkdaşlarına müraciət edib.

Esmira Hidayətova


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678