Azərbaycanda universitet rəhbərinin səs yazısı yayıldı: “Hamınızı pis günə qoyacağam”

17 Baxış

“Universitetdə son dövrdə heç bir əməkdaş işdən azad olunmayıb”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Texnologiya Universitetinin Mətbuat Xidmətinin oxu.az-ın sorğusuna verdiyi cavabda qeyd edilib.

Bildirilib ki, universitetdə hər bir müəssisədə olduğu kimi müqavilə müddəti bitdiyinə görə, yaxud öz ərizəsi ilə işdən ayrılanlar olub:

“Sadəcə bəzi maraqlı dairələr universitetdə gedən islahatları qəbul etmirlər, işdən öz ərizəsi ilə çıxmış sabiq əməkdaşlardan bu və digər şəkildə sui-istifadə edərək Azərbaycan Texnologiya Universitetinin imicinə zərər gətirməyə çalışırlar”.