Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazirliyin yeni sistemi: 880 Xidməti nədir?

79 Baxış

Yeni yaradılan elektron məhkəmə sistemi (e-məhkəmə) ilə bağlı bir çox hallarda problem yaranır. Sistemin yeni olduğu üçün həm vəkil və hüquqşünaslar ondan mükəmməl şəkildə istifadə edə bilmirlər, eyni zamanda, sistemin özü də hələ tam təkmilləşməyib. Bu isə narazılıqlara səbəb olur.

Turanmedia.az bu axar.az-a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi ictimai maariflənmə aparmaq və birbaşa yardım üçün 880 qaynar xəttini istifadəçilərin ixtiyarına verib.

İstənilən problemlə qarşılaşan istifadəçi qaynar xəttə zəng vurmaqla, ən qısa müddətdə yardım almaq imkanına malikdir.

Qaynar xəttin mühüm özəlliyi isə odur ki, orda peşəkarlar xidmət edir və problemin tapılması və həlli üçün birbaşa müdaxilə edə də bilirlər. Belə ki, uzaqdan idarəetmə proqramı ilə kompüterə qoşularaq, istifadəçiyə nəzəri deyil, birbaşa və praktik yardım göstərilir.

Ədliyyə Nazirliyi də problemlə üzləşən istifadəçilərə dəstək verməyə hazır olduğunu bildirib.

“Hər kəsdən onlayn ərizə zamanı problemlə qarşılaşdığı zaman 880 qaynar xəttinə müraciət etməyi xahiş edirik”, – nazirlikdən vurğulanıb.

Zəruri qeyd: təcrübəmizə əsasən qaynar xəttin son dərəcə çevik və operativ çalışdığını məmnunluqla deyə bilərik.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678