Ukraynada azərbaycanlıları daşıyan avtobus partladıldı?

22 Baxış

Rusiya-Ukrayna sərhədində Ukrayna tərəfə keçmək istəyən azərbaycanlıları daşıyan avtobus partladılıb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayıb.

Bildirilib ki, Ukraynaya tərəfə keçmək istəyən azərbaycanlıların avtobusu vurulub:

“Partlayış nəticəsində xeyli sayda ölənlər var. Onların arasında daha çox Zərdab rayonundan olan həmvətənlərimiz həlak olub. Belə ki, Zərdabın tək bir kəndindən 4 nəfər öldürülüb”.

İddialara görə, “referendum”lardan sonra bir ay müddətində sakinlərə seçimlərini etməklə bağlı çağırışdan azərbaycanlılar bəhrələnmək istəyib və Ukraynanı seçiblər. Bunda məqsəd isə Avropaya keçmək və oradan vətənə qayıtmaq, yaxud qaçqın kimi AB ölkələrində yaşamaqdır.