Bakıda yaşayış binasında partlayış baş verib

25 Baxış

Bakıda yaşayış binasında yanğın zamanı 2 nəfər xəsarət alıb.

Turanmedia.az report-a istinadla bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi, polkovnik-leytenant İlqar Nəsibov hadisə zamanı 2 nəfərin xəsarət aldığını açıqlayıb.

“Hadisə Əlif Hacıyev küçəsi 19-da, beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində, 11 saylı 2 otaqlı mənzildə baş verib. Otaqların arakəsməsi gipsoletdən olduğundan partlayış zamanı yüngül dağılıb. Həmçinin eyvandakı şüşələr sınıb. Yanğının 13 kvadratmetr ərazini əhatə edib”, – FHN rəsmisi qeyd edib.

“Deyilənə görə, mənzildə kirayənişinlər qalırmış. Hadisə zamanı yaşayış binasında heç bir xəsarət qeydə alınmayıb. Eyvanda deformasiyaya uğramış daşlar zamanı 2 nəfər kəllə-beyin travması alıb. İlkin məlumata görə, onlar 16-17 yaşlı yeniyetmələrdir. Onlara ilkin tibbi yardım göstərilib, xəstəxanaya aparılıb”, – İ.Nəsibov vurğulayıb.

O qeyd edib ki, yanğın saat 23:12-də baş verib: “Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik dəstəsi, həmçinin yanğınsöndürənləri 4 dəqiqə sonra hadisə yerinə cəlb olunub. Yanğın 16 dəqiqə ərzində söndürülüb. Alovun digər mənzillərə keçməsinin qarşısı alınıb.

Hadisənin başvermə səbəbi araşdırılır”.