Xəzərdə zəlzələ olub

11 Baxış

Xəzər dənizində zəlzələ olub.

Turanmedia.az xəbər verir ki, bu barədə “Ölkə.az”a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 03:52-də qeydə alınan yeraltı təkanın ocağı 62 kilometr dərinlikdə olub.

Zəlzələnin maqnitudası 3-ə bərabər olub.