Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək layihəsi üzrə maarifləndirici tədbir keçirilib

64 Baxış

“Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” layihəsi üzrə maarifləndirici tədbir keçirilib.

Turanmedia.az xəbər verir ki, Mingəçevir Media Mərkəzində “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” layihəsi üzrə QHT və media nümayəndələri üçün maarifləndirici tədbir keçirilib. Qeyd edək ki, bu proses Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.Tədbirdə çıxış edən layihənin koordinatoru Müşfiq Ələsgərli qeyd edib ki, hazırlanacaq məlumat bazasında söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar yayan, ictimai rəyə təsir göstərən beynəlxalq statuslu təşkilatların fəaliyyət istiqamətləri, strukturları, iş prinsipləri, hesabat hazırlamaq metodologiyaları, mövcud durumları, Azərbaycana münasibətləri barədə informativ xarakterli bilgilər toplanılacaq: “Bu materiallar məqalələr formasında hazırlanaraq yerli KİV-lərdə dərc ediləcək, Azərbaycan oxucusu üçün əlçatan olacaq . İki ay müddətində davam edəcək layihənin əsas məqsədi milli QHT və KİV-lərin beynəlxalq təşkilatlar barədə məlumatlılığını artırmaqdan, onların beynəlxalq təşkilatlarla əməkdaşlığının qurulmasını stimullaşdırmaqdan, inteqrasiyasına nail olmaqdan ibarətdir”.

Tədbirdə iştirak edən media eksperti Seymur Verdizadə də öz çıxışnda layihə barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirdə iştirak edən media nümayəndələrinin və QHT-lərin sualları cavablandırılıb,maraqlı müzakirələr aparılıb.

Esmira Hidayətova,Mingəçevir.