Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Toyda qonaqlar rəqs üstündə dalaşdılar, nəticədə bir nəfər bıçaqlandı – TƏFƏRRÜAT

83 Baxış

Qazaxda baş verən bıçaqlanma hadisəsinin detalları məlum olub.

Turanmedia.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Qazax şəhərinin Azadlıq küçəsində keçirilən toy məclisində qeydə alınıb. Burada qonaqlar arasında mübahisə baş verib.

Belə ki, 25 yaşlı Elmar Elşən oğlu Rəfiyev və 20 yaşlı Əli Məmmədov arasında mahnı sifarişi üstündə mübahisə yaranıb.

Mübahisə getdikcə böyüyüb və nəticədə E.Rəfiyev qarnından bıçaqlanıb.

Faktla bağlı polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə hadisəni törədən Ə.Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678