Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ordumuzda Türkiyə modelinin tətbiqi… – Zakir Həsənov

97 Baxış

Türkiyənin İstanbul şəhərində keçirilən “SAHA EXPO 2022” müdafiə, aerokosmik və kosmik sənaye sərgisi yüksək səviyyədə təşkil edilib. Bizim Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlığımız var.

Turanmedia.az Report-a istinadən xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, son illərdə Türkiyənin silah istehsalında çox böyük irəliləyiş var:

“Prezidentin tapşırığına uyğun olaraq Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində böyük işlər görürük”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678