Azərbaycanın qardaşı ilə dostu yaxınlaşır

14 Baxış

Türkiyə və İsrail hərbi əməkdaşlıq da daxil olmaqla, müxtəlif sahələrdə əlaqələri dərinləşdirməyə yönəlib. İsrailin müdafiə naziri Benni Qantz Türkiyəyə rəsmi səfərə gedəcək və türkiyəli həmkarı ilə sabah görüşəcək.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Arab Nyus” məlumat yayıb.

“Bu, İsrail müdafiə nazirinin son on ildə ilk səfəri olacaq. Türkiyə və İsrail 1960-cı illərdə müdafiə sənayesində, təhlükəsizlik sahəsində əməkdaşlıq, kəşfiyyat məlumatlarının mübadiləsi və birgə hərbi təlimlərlə yanaşı, sıx əlaqələr qurmuşdular. Keçən iyun ayında təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində bir neçə İran vətəndaşı israilli turistləri Türkiyədə qaçırmağı planlaşdırdıqları üçün həbs olundu. Türkiyə İsraildən silahlı PUA-lar, elektron kəşfiyyat və müşahidə sistemləri alıb. Lakin 2010-cu ildə “Mavi Mərmərə” gəmisi ilə insidentdən sonra Türkiyə İsraillə müdafiə sənayesi və hərbi əməkdaşlıq sahəsində bütün birgə layihələrini dayandırıb. İndi isə Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması prosesi gedir. Hər iki ölkə səfirlərinin paytaxtlara qayıtdığını elan etdikdən sonra nazirlər səviyyəsində səfərlər başladı. Ölkələr böhran illərində dayandırılmış əvvəlki mexanizmləri yeniləməyə qərar verib. Buna görə də potensial Baş nazirliyə namizəd olan Qantz ilə Akar arasında görüş çox vacibdir. İsrailin daxili siyasi vəziyyətini nəzərə alsaq, görüşün vaxtına da diqqət çəkmək lazımdır. İsraildə seçki noyabrın 1-də keçirildiyi üçün Qantz seçicilərə xoş niyyətlərini nümayiş etdirmək üçün xaricə yönəlir. Türkiyə səfərində Qantz məsuliyyətli siyasətçi imicini gücləndirməyə ümid edir”, – məlumatda deyilir.